Blinken Qazaxıstana təşəkkürünü bildirdi
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə ABŞ-ın Dövlət katibi Entoni Blinken arasında görüş olub.
Tokayev ABŞ-ın C5+1 formatında (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan və ABŞ) formatında əməkdaşlığın genişləndirilməsi təşəbbüsünü müsbət qiymətləndirib və Astanada bu formatda görüşün keçirilməsinin əhəmiyyətli olacağını qeyd edib.
Blinken Qazaxıstan ilə ABŞ-ın onillər ərzində əldə elədikləri uğurları inkişaf etdirməyin zəruri olduğunu söyləyib, C5+1 sammitinin keçiriməsi məsələsinə görə Qazaxıstana təşəkkürünü bildirib. Orta Asiya regionunda Amerika ilə daha sıx əlaqələrin yaradılmasında bu formatın rolunu qeyd edib.
Xəbər verdiyimiz kimi, Blinken Qazaxıstandan sonra Özbəkistana, oradan da Hindistana səfər etməyi planlaşdırır.
Hürr Tərcüman