📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Blinken Rusiyanın terrorçuluğun sponsoru kimi tanınacağından danışıb: “Konqreslə birlikdə qanunvericilik üzərində işləyirik”

2022-12-05 09:37:00

Blinken Rusiyanın terrorçuluğun sponsoru kimi tanınacağından danışıb: “Konqreslə birlikdə qanunvericilik üzərində işləyirik”

ABŞ Rusiyanı “terrorçuluğun sponsoru olan dövlət” kimi tanımaq niyyətində olsa da, qərarın fəsadlarından yan keçmək yolları axtarır

Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, ABŞ-ın Dövlət katibi Entoni Blinken Prezident Cozef Baydenin administrasiyası ilə Konqresin Rusiyanın “terrorçuluğun sponsoru olan dövlət” kimi tanınmasının doğura biləcəyi nəticələrdən yan keçmək üzərində çalışdıqlarını bildirib.

Blinken jurnalistlərə müsahibəsində deyib: “Sanksiyalara gəlincə, biz onlarla ölkə ilə birlikdə Rusiyaya qarşı ixrac nəzarəti ilə bağlı misli görünməmiş sanksiyalar tətbiq etmişik.

Biz hazırda Konqreslə birlikdə qanunvericilik üzərində işləyirik – bunun sayəsində “terrorçuluğun sponsoru dövlət” statusundan istifadə eləməklə bağlı bəzi prolemlərdən, həmin problemlərin yarada biləcəyi gözlənilməz nəticələrdən yan keçə bilərik”.   

Qeyd edək ki, Avropa Parlamenti Rusiyanın terrorçuluğun sponsoru olan dövlət kimi tanınması barəsində qətnamə qəbul edib.

Hürr Tərcüman