📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Blinken tezliklə Çinə səfər edə bilər

2024-01-27 23:06:48

Blinken tezliklə Çinə səfər edə bilər

ABŞ dövlət katibi Antoni Blinken yaxın vaxtlarda Çinə səfər edə bilər.

Hurriyyet.Az Trend-ə istinadən xəbər verir ki, ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi Banqkokda ABŞ milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan ilə Çinin xarici işlər naziri Vanq Yi arasında görüşə həsr olunan brifinqdə deyib.

"Dövlət katibi Blinken keçən il Çinə səfər edən ilk administrasiya rəsmisi olub, onun həmkarı bundan sonra ABŞ-a səfər edib. Ona görə də o (Blinken) yaxın gələcəkdə Pekinə səfər edə bilər", - deyə ABŞ rəsmisi bildirib.