📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Blinken Türkiyəyə gedəcək

2023-02-18 16:49:00

Blinken Türkiyəyə gedəcək

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, ABŞ XİN rəhbəri Entoni Blinken dəhşətli zəlzələdən sonra həmrəyliyini bildirmək və başsağlığı vermək üçün sabah Türkiyəyə səfər edəcək. Bu, zəlzələdən sonra ABŞ-dan Türkiyəyə ilk yüksək səviyyəli səfər olacaq.

Səfərin iki gün davam edəcəyi bildirilir.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun amerikalı həmkarı E.Blinken ilə fevralın 20-də, bazar ertəsi günü görüşəcəyi gözlənilir.

Hürr Tərcüman