📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Blinkendən İsrailə mesaj: Həmişə yanınızda olacağıq

2023-10-12 17:47:43

Blinkendən İsrailə mesaj: Həmişə yanınızda olacağıq

ABŞ-ın İsrailə hərbi dəstəyi yoldadır.

Hurriyyet.az xəbər verir ki, bunu İsraildə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken bu ölkənin Baş naziri Benyamin Netanyahu keçirdiyi birgə mətbuat konfransında deyib.

Blinken ABŞ-ın üçüncü dövlətlərə və qeyri-dövlət aktorlarına İsrailə hücum etmək üçün mövcud vəziyyətdən istifadə etməyə çalışmamaq barədə xəbərdarlığını təkrarlayıb:

“Bunu etməyin, ABŞ İsraili dəstəkləyir. İsrailə isə verdiyim mesaj budur: Siz özünüzü qorumaq üçün kifayət qədər güclü ola bilərsiniz, amma nə qədər ki, ABŞ var, heç vaxt buna məcbur olmayacaqsınız. Biz həmişə sizin yanınızda olacağıq”.