📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Blinkenin Çin səfəri təxirə salına bilər – “şar məsələsi”nə görə

2023-02-03 20:48:00

Blinkenin Çin səfəri təxirə salına bilər – “şar məsələsi”nə görə

Hurriyyet.az xəbər verir ki, Birləşmiş Ştatların səmasında Çinin casus şarının görünməsi ilə əlaqədar ABŞ rəhbərliyi ölkənin Dövlət katibi Entoni Blinkenin Çinə səfərinin təxirə salınması imkanlarını nəzərdən keçirir. “Blumberq” (“Bloomberg”) nəşri mənbələrə istinadla bu xəbəri verib.

Nəşrin yazdığına görə, Bayden administrasiyası “şar məsələsi” fonunda Blinkenin səfərinin “yanlış siqnal” ola biləcəyindən ehtiyat edir.

Bundan əvvəl ABŞ-ın Dövlət katibinin 5-6 fevral tarixlərində Çinə səfər edəcəyi bildirilirdi.

Hürr Tərcüman