📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Blinkenin təyyarəsi Fransada qəzaya uğradı

2024-04-04 00:57:36

Blinkenin təyyarəsi Fransada qəzaya uğradı

ABŞ dövlət katibi Antoni Blinkenin "Boeing 737" təyyarəsi Fransada qəzalı vəziyyətə düşüb.

Bu barədə Bloomberg məlumat yayıb.

"Dövlət Departamentinin sözçüsü təyyarədə texniki nasazlıqlar olduğunu bildirib", - məlumatda deyilir.

Qeyd edilib ki, Amerika nümayəndə heyəti Parisdən avtomobillə NATO-nun Brüsseldəki mənzil-qərargahına yola düşüb.
Xatırladaq ki, ABŞ dövlət katibi Antoni Blinken sabah - 4 apreldə isə Belçika paytaxtında NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin görüşünə qatılacaq.
Həmin toplantıdan bir gün sonra - aprelin 5-də Brüseldə ABŞ, Avropa İttifaqı və Ermənistan rəsmilərinin görüşü keçiriləcək. \\Modern.az