📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Blokdan çıxarıldıqdan sonra Gorus-Qafan yolunda son vəziyyət necədir? – Erməni tərəfi AÇIQLADI

2021-08-28 22:06:00

Blokdan çıxarıldıqdan sonra Gorus-Qafan yolunda son vəziyyət necədir? – Erməni tərəfi AÇIQLADI

Ermənistanın Şurnux kəndinin başçısı Akop Arşakyan Gorus-Qafan yolunun blokdan çıxarılmasından sonrakı vəziyyəti açıqlayıb.

Arşakyan sözügedən yolun yaxınlığında Ermənistan-Rusiya sərhəd zastavasının yaradılması məsələsi müzakirə olunur.

Arşakyan yolun hazırda işlədiyini, lakin maneələr qurulduğu üçün bəzi çətinliklərin olduğunu deyib.

Arşakyan onu da bildirib ki, hazırda eyni yolda yerləşən Qafanın Nor Araçadzor kəndi yaxınlığında da Ermənistan-Rusiya sərhəd postunun yerləşdirilməsi məsələsi müzakirə olunur.

Lakin Arşakyanın post qurulması məsələsində kənd sakinlərini aldatdığı açıq-aşkar hiss olunur. Çünki məhz erməni mətbuatı sözügedən ərazilərdə Arşakyanın dediyi kimi Ermənistan-Rusiya deyil, Rusiya-Azərbaycan sərhəd postunun qurulacağı haqda məlumat dərc etmişdi. \\KONKRET.az