📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bloomberg”: “Ankara Rusiya qazını azı 25% ucuz qiymətə almaq istəyir”

2022-12-08 15:48:00

“Bloomberg”: “Ankara Rusiya qazını azı 25% ucuz qiymətə almaq istəyir”

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Türkiyə təmsilçiləri Ankarada Rusiya nümayəndə heyəti ilə danışıqlar aparacaqlar. “Blumberq” (“Bloomberg”) agentliyi yüksək vəzifəli türkiyəli məmurlara istinadla bildirir ki, danışıqlar zamanı Rusiyadan idxal edilən qazın 25%-dən də artıq endirimlə almaq məsələsi müzakirə edilməsi gözlənilr.

Mənbələrin sözlərinə görə, Ankara 2023-cü ilin gələcək və 2022-ci ildəki keçmiş ödənişlərdə güzəştə nail olmağa çalışır. Qeyd edilir ki, Türkiyə istədiyi endirimi əldə edə bilməyəcəyi təqdirdə, ödəniş 2024-cü ilə qədər möhlət istəyəcək.

Hürr Tərcüman.