"Bloomberg" Avropa İttifaqının Azərbaycan qazı ilə bağlı ümidlərindən yazıb
Hurriyyet.az xəbər verir ki, "Blumberq" ("Bloomberg) nəşrinin mənbələrə istinadla yaydığı məlumata görə, Avropa İttifaqı 2025-ci il üçün Azərbaycan qazının Ukraynadan keçərək nəql edilməsi imkanlarını nəzərdən keçirir.
Məlumatda bildirilir ki, Avropa İttifaqının və Avropa ölkələri hökumətlərinin məmurları Ukrayna tərəfi ilə danışıqlar apararaq, Rusiya qazının ittifaqın ölkələrinə nəqlinin 2025-ci ildə də davam etməsinə çalışırlar.
Mənbələrin verdiyi xəbərə görə, hazırda müzakirə edilən variantlardan biri Azərbaycandan qaz satın alınması və onun Ukrayna ərazisindən keçən Rusiya qaz kəməri vasitəsilə nəql edilməsidir. Agentlik qeyd edir ki, RF enerji daşıyıclılarından imtina etməyə çalışan Aİ bu yolla Rusiyanın özündən qaz alınmasını dayandıra bilər. Ukraynadan keçən kəmərlə qaz nəqlinin saxlanılmasının səbəbi, Avropa İttifaqının bunu Ukrayna iqtisadiyyatına dəstək olan amillərdən biri hesab eləməsidir.
Hürr Tərcüman