📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bloomberg”: Gələn il Ukraynanın müdafiəsi üçün həlledici olacaq

2024-11-28 14:10:13

“Bloomberg”: Gələn il Ukraynanın müdafiəsi üçün həlledici olacaq

Avropa paytaxtlarında belə bir fikir var ki, gələn il Ukraynanın müdafiəsi üçün həlledici olacaq. Bu barədə “Bloomberg” yazıb.

Rəsmilərin sözlərinə görə, əsas açıq suallar Ukraynanın istənilən danışıqlarda mövqeyinin nə dərəcədə güclü olacağı və Trampın planlarıdır. Artıq yenidən silahlanma ehtiyaclarını ödəmək üçün mübarizə aparan Avropa müttəfiqləri Vaşinqtonun hərbi yardımının azaldılması nəticəsində yaranan boşluğu doldurmalı olacaqlar. Bi rməsələdə hamının fikri üst-üstə düşür ki, Avropa nə etsə də, yaxın gələcəkdə ABŞ-ı əvəz edə bilməyəcək.

Ülviyyə, Hurriyyet.az