📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bloomberg”: Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edənə qədər F-16 qırıcıları almayacaq

2023-01-17 16:54:00

“Bloomberg”: Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edənə qədər F-16 qırıcıları almayacaq

Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edənə qədər F-16 qırıcıları almayacaq. Bu barədə “Bloomberg” məlumat verir.

Agentliyin məlumatına görə, ABŞ gecikmənin “Moskvanın əlinə oynayacağından” ehtiyat edərək Finlandiya və İsveçin NATO-ya daxil olması məsələsində Türkiyəyə təzyiq göstərməyə çalışır. “Birləşmiş Ştatlar Türkiyəyə xəbərdarlıq edib ki, Ankara İsveç və Finlandiyanın NATO-ya müraciətlərini ratifikasiya etməsə, Konqres qırıcıların (F-16) satışını təsdiqləməyəcək”, deyə anonimlik şərti ilə Türkiyə rəsmisi bildirib. NATO-nun yeni üzvləri ilə bağlı danışıqların ləngiməsi Rusiyanın maraqlarına uyğundur, ona görə də alyans Türkiyənin ərizəni ratifikasiya etməkdən imtina etməsindən narahatdır.

Ülviyyə, Hurriyyet.az