"Bloomberg": Ukrayna Trampın hakimiyyətə gələnə qədər Rusiya ilə yeni sülh sammiti keçirməyə tələsir
2024-07-11 11:39:37
Ukrayna Trampın qələbəsindən qorxduğu üçün noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl Rusiya Federasiyasının iştirakı ilə ikinci sülh sammiti keçirmək niyyətindədir. Bu barədə “Bloomberg” öz mənbələrinə istinadən yazır.
Tramp seçkilərdə qalib gələrsə, 2025-ci il yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən əvvəl Rusiya-Ukrayna müharibəsini bitirəcəyini deyir. Bundan əlavə, o, Amerikanın Kiyevə hərbi yardım göstərilməsinin əleyhinədir.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Qaluzin bu mesaja cavab verib və bildirib ki, Rusiya Ukrayna ilə bağlı yeni sammitdə iştirak etməyi planlaşdırmır.
Ülviyyə, Hurriyyet.az