📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bloomberg": ABŞ bu həftə Rusiya alüminiumuna 200% rüsum tətbiq edəcək

2023-02-07 10:44:00

"Bloomberg" ABŞ-ın bu həftə Rusiya alüminiumuna 200% rüsum tətbiq edə biləcəyini açıqlayıb. Belə hesab edilir ki, Vaşinqton bu yolla iki məqsəd güdür: 
1. Ukraynadakı müharibənin ildönümü ərəfəsində Rusiyaya təzyiq etmək;
2. Rusiya Federasiyasının Amerika şirkətlərinə ziyan vurmaq üçün məşğul olduğu dempinqə (rəqabət qabiliyyətini artırmaq üçün süni şəkildə aşağı qiymətlərin müəyyən edilməsi) son qoymaq.
Qeyd edək ki, bu cür tariflər hazırda təxminən 10% olan Rusiyadan ABŞ-a metal idxalını effektiv şəkildə dayandıracaq.

Ülviyyə, Hurriyyet.az