📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bloomberg"dən müqayisə: Ukrayna üçün Finlandiya nümunə ola bilərmi?

2022-02-16 10:38:00

Finlandiya gözəl ölkədir. Onun əhalisi ən yüksək həyat standartlarından biri ilə dünyanın ən xoşbəxtləri sırasındadır. Ölkə Sibir qədər şimaldadır, lakin "Gulf Stream" axını ilə isinir. Fin mətbəxi buynuzlu ov heyvanı və konservləşdirilmiş balıqlarla zəngindir.
Əslində Ukrayna ilə Finlandiyanın taleyində hansısa mənada bənzərlik var. Məhz Rusiyanın aqressiyası məsələsində. Aylardır Rusiyanın Ukraynaya müdaxiləsi dünya gündəmində müzakirə olunur. Görünür bu həftə də Ukraynaya Rusiya müdaxiləsi səngimək üzrədir, Rusiya qoşunlarının bir hissəsini geri çəkib və diplomatik səpgidə xoş sözlər deyir. Ancaq ərazinizdə gözü və planları olan, sizdən daha böyük, nüvə silahına malik ölkənin qonşuluğunda yaşamaq heç vaxt rahat olmur. Təəssüf ki, Ukrayna coğrafi baxımdan Sakit okeanın cənubuna doğru hərəkət edib yerini dəyişə bilməz, ona görə də bu işi uzun müddətlik çözmək üçün bir yol tapmalıdır.
Burada Finlandiya nümunəsi özünü xatırladır. Çünki Finlandiya Soyuq Müharibəni həm SSRİ-nin bir hissəsinə çevrilməyərək, həm də Qərbə tam aid olmayaraq, sovet ayısının qucağında keçirdi. Bir çox finlilər o dövrə nifrət edirlər, lakin Klayv Kruk hesab edir ki, bu dövr Finlandiya üçün olduqca yaxşı yekunlaşıb. Ukrayna işğal qorxusu ilə tər töksə də, Finlandiyanın son vaxtlar ən böyük mübahisəsi onun 36 yaşlı baş nazirinin telefonu olmadan kluba getməsi olub. Bu Ukrayna üçün də, nə NATO, nə də Putinin diriltməyə çalışdığı Rusiya İmperiyasına qoşulmama ilə ən yaxşı nəticə ola bilər.

Ülviyyə, Hurriyyet.az

https://www.bloomberg.com/opinion/articles/2022-02-15/maybe-ukraine-can-avoid-russia-war-by-becoming-finland