📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bloqer Hüseyn Həsənovun işi prokurorluğa daxil oldu

2026-01-28 14:30:50

Bloqer Hüseyn Həsənovun işi prokurorluğa daxil oldu

Bloqer Hüseyn Həsənov barəsində 170 milyon rubl (4 milyon manata yaxın) məbləğində vergidən yayınma ittihamı ilə bağlı cinayət işi ittiham aktının təsdiqlənməsi üçün prokurorluğa daxil olub.

Hurriyyet.org TASS-a istinadən xəbərinə görə, bu barədə Moskva Şəhər Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.

"Cənub İnzibati Dairəsi Prokurorluğuna ittiham aktının təsdiq edilməsi məsələsinə baxılması üçün bloqer Hüseyn Həsənov barəsində cinayət işi daxil olub. İş üzrə ilkin istintaq başa çatıb", - deyə məlumatda bildirilib.