📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bloqer Hüseyn Həsənovun ölüm xəbəri yayıldı

2024-11-09 21:43:37

Bloqer Hüseyn Həsənovun ölüm xəbəri yayıldı

Tanınmış bloqer Hüseyn Həsənovun qəzaya uğradığı iddia edilib.

Hurriyyet.az Ajans.az-a istinadən xəbər verir ki, onun "Cybertruck" markalı avtomobili qəzada yararsız hala düşüb.

Həmçinin yayılan məlumatlara əsasən, Hüseyn Həsənov sözügedən hadisədə vəfat edib. Bununla bağlı hələlik yaxınlarından hər hansı açıqlama gəlməyib.

Qeyd edək ki, qəzanın xarici ölkələrdən birində baş verdiyi ehtimal olunur. Avtomobilin isə Hüseyn Həsənova aid olduğu dəqiq deyil.

Bunu da qeyd edək ki, tanınmış bloqer bir müddət əvvəl Bakıya yeni model "Cybertruck" markalı avtomobil gətirdiyi ilə bağlı mətbuatda xəbərlər yayılmışdı.