📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BLOQERLƏR AZƏRBAYCANA, TURİSTLƏR GÜRCÜSTANA - Milyonlarla vəsait xərclənsə də nəticə niyə yoxdur?

2026-01-28 09:49:01

BLOQERLƏR AZƏRBAYCANA, TURİSTLƏR GÜRCÜSTANA - Milyonlarla vəsait xərclənsə də nəticə niyə yoxdur?

Dövlət Turizm Agentliyi növbəti dəfə Azərbaycanı tanıtmaq adı ilə xarici jurnalist və bloqerlər üçün böyük məbləğdə vəsait ayırdığını açıqlayıb.

Belə ki, təkcə son tenderlər çərçivəsində Türkiyədən olan bloqerlər üçün 753 min manat, Rusiya və Belarusdan olanlar üçün 728 min manat, Çin və Hindistandan olanlar üçün 1,4 milyon manat, Avstriya, İsveçrə və Almaniya üçün isə 363 min manat vəsait nəzərdə tutulub. Xatırladaq ki, agentlik ötən ilki dövrdə də eyni məqsədlər üçün 5 milyondan artıq vəsait xərcləyib.