📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BMT: 2050-ci ilə qədər Ermənistanda əhalinin sayı 300 min nəfər azalacaq

2023-07-12 10:00:00

BMT: 2050-ci ilə qədər Ermənistanda əhalinin sayı 300 min nəfər azalacaq

Hurriyyet.az xəbər verir ki, iqtisadçı ekspert Hrant Mikaelyan “Sputnik Ermənistan” agentliyinə müsahibəsində respublikadakı demoqrafik mənzərəni şərh edərkən Ermənistanın əhalisinin yaxın illərdə azalacağını deyib onun sözlərinə görə, BMT-nin Ermənistanda 2050-ci ilə qədər 2,6 milyon nəfər əhalinin qalacağı proqnozunun doğrulması belə yaxşı vəziyyət hesab edilə bilər.

İlkin siyahıyaalma məlumatlarına görə, Ermənistanda 2 milyon 928 min 914 nəfər daimi qeydiyyatda olsa da, əslində yerli əhalinin sayı 2 milyon 638 min 917 nəfərdir. BMT 2050-ci ilə qədər Ermənistan əhalisinin 300 min nəfər azalacağını proqnozlaşdırır.

Ekspertin fikrincə, Ermənistandakı mövcud tendensiyalar nəzərə alınsa, proqnoz BMT-nin təqdim etdiyindən də pis ola bilər.

Hürr Tərcüman