📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BMT Azərbaycanla Ermənistana kömək göstərməyə HAZIRIDIR

2021-11-27 21:34:00

BMT Azərbaycanla Ermənistana kömək göstərməyə HAZIRIDIR

BMT-nin Baş katibi Antoniu Quterreş Azərbaycan, Rusiya və Ermənistanın üçtərəfli görüşünün keçirilməsini alqışlayır.

Bunu Quterreşin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.

“BMT-nin Baş katibi noyabrın 26-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü alqışlayır, həmçinin Rusiyanın təmasların və dialoqun davam etdirilməsindəki rolunu təqdir edir. Quterreş Azərbaycan və Ermənistanı bütün mövcud formatlardan istifadə etməklə, o cümlədən ATƏT Minsk Qrupu çərçivəsində qalan məsələləri həll etməyə çağırır”, - Haq bildirib.

BMT rəsmisi qeyd edib ki, təşkilat Azərbaycan və Ermənistan arasında sülhün bərqərar edilməsinə, o cümlədən humanitar yardım və yenidənqurma məsələlərinə kömək göstərməyə hazırdır. \\Report