📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“BMT Azərbaycanla Ermənistanı dəstəkləyir”

2023-12-19 15:07:23

“BMT Azərbaycanla Ermənistanı dəstəkləyir”

“Vəziyyəti daha da mürəkkəbləşdirməmək üçün işə qarışmır”

Hurriyyet.az xəbər verir ki, BMT-nin Baş katibinin rəsmi təmsilçisi Stefan Dujarrik təşkilatın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləməyə hazır olduğunu bildirib. BMT nümayəndəsi təşkilatın aparıcı sülhmərmalı rolunda çıxış etməsə də, artıq əldə edilmiş razılaşmaları dəstəkləyəcəyini bəyan edib. Təmsilçi deyib: “Sülh və təhlükəsizlik məsələlərində BMT heç də hər yerdə aparıcı sülhmərmalı rolunu oynamamalıdır. Biz bilirik ki, Azərbaycan ilə Ermənistan arasında məsələlərin sülh yolu ilə həllində digər ölkələr artıq təşəbbüsü öz əllərinə alıblar. Baş katib sırf iştirakçılıq xatirinə iştirak etməməj və ola bilsin ki, vəziyyəti daha da mürəkkəbləşdirməmək üçün bu məsələyə qarışmaq istəmir. Lakin biz həmişə artıq mövcud olan çərçivələri dəstəkləməyə hazırıq”.

BMT təmsilçisi son dövrdə Azərbaycanla Ermənistanın bu istiqamətdə xeyli irəlilədiyini də qeyd edib.

Hürr Tərcüman