📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BMT Baş Assambleyası Fələstinlə bağlı xüsusi sessiya keçirəcək

2023-12-11 08:34:14

BMT Baş Assambleyası Fələstinlə bağlı xüsusi sessiya keçirəcək

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, BMT-nin Baş Assambleyasının Fələstin üzrə xüsusi sessiyası dekabrın 12-də işini bərpa edəcək. Qurumun sədri Dennis Frensisin mətbuat xidmətinin məlumatına görə, Fələstin xalqının müdafiəsi ilə bağlı iclas Ərəb Dövlətləri Birliyi ilə İslam Əməkdaşlıq Təşkilatını təmsil edən Misir ilə Mavritaniyanın müraciəti əsasında keçiriləcək.

Açıqlamada deyilir: “BMT-nin Baş Assamleyasının sədri Dennis Frensis Baş Assambleyanın 10-cu fövqəladə xüsusi sessiyasının 45-ci plenar iclasını çərşənbə axşamı günü, 2023-cü il dekabrın 12-də keçirəcəyi barəsində üzv ölkələrə məlumat verib”.