📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin etdi

2024-03-28 22:14:16

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin etdi

BMT Baş katibi Antoniu Quterreş azərbaycanlı diplomat Rəsul Bağırovu təşkilatın Belarusdakı rezident əlaqələndiricisi vəzifəsinə təyin edib.

Hurriyyet.Az Report-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik deyib.

Sözçü bildirib ki, Belarus hökumətinin razılığı alınıb və R.Bağırov martın 30-da yeni vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, diplomat əvvəllər Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatında Baş direktorun ofisində ölkə strategiyası və dəstək bölməsinin rəhbəri vəzifəsində çalışıb.