📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BMT baş katibi Ukraynada səfərdədir

2023-03-08 00:01:00

BMT baş katibi Ukraynada səfərdədir

BMT Baş katibi Antonio Quterreş Ukraynada səfərdədir.

Baş katib martın 8-də Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.

O, Zelenski ilə Qara dəniz taxıl təşəbbüsünün bütün aspektləri üzrə davam etdirilməsi, eləcə də bölgədə cərəyan edən digər müvafiq məsələləri müzakirə edəcək.

Quterreş martın 9-da BMT-nin Nyu Yorkdakı mənzil-qərargahına qayıdacaq.

Qeyd edək ki, bu, Baş katibin son bir ildə Ukraynaya üçüncü səfəridir. \\Axar.Az