BMT Baş Katibindən tələb: Zaporojye AES demilitarizasiya olunmalıdır
2022-08-19 12:42:00
BMT-nin baş katibi Antonio Quterreş Ukraynanın Zaporojye atom elektrik stansiyasının ətrafındakı ərazinin “demilitarizasiyasını” tələb edir. Onun fikrincə, Zaporojyedəki nüvə obyektinə hər hansı potensial zərbə “intihar” olardı.
Quterreş qeyd edib ki, Zaporojye AES-ın təhlükəsizliyini təmin etmək üçün təcili razılaşma lazımdır.
“Biz elektrik stansiyasının obyektlərinin və ya onun ətrafının hərbi əməliyyatların hədəfi olmaması üçün səylərimizi əsirgəməməliyik. Hərbi texnika və şəxsi heyət elektrik stansiyasından çıxarılmalıdır. Qüvvələr və ya silahların orada yerləşdirilməsinə yol verilməməlidir. Ərazinin demilitarizasiyası zəruridir”, deyə BMT-nin baş katibi qeyd edib.
Ülviyyə, Hurriyyet.az