BMT: “Bəşəriyyəti böyük böhran gözləyir... İldə 1 sm sürətlə azalır”
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, BMT bəşəriyyətin irimiqyaslı su böhranının astanasında olduğunu bildirib. Su çatışmazlığının bir çox ölkələrdə narahatlıq üçün ciddi səbəbə çevrildiyi deyilir.
“Bəşəriyyət irimiqyaslı su böhranının yaxınlaşdığını dərk eləməlidir”.
Bu gün BMT-nin saytında Ümumdünya Meteorologiya Təşkilatının hesabatı yerləşdirilib.
Dünya okeanının vəziyyəti ilə bağlı yeni təhdidlərə cavab olaraq sənədin müəllifləri su resurslarının idarəsinin yaxşılaşdırılması, monitorinq və ilkin xəbərdarlıq mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı konkret tövsiyələr irəli sürürlər.
“2021-ci ildə iqlim xidmətlərinin vəziyyəti: su resursları” hesabatında yaxın gələcəkdə su qıtlığından əziyyət çəkən adamların sayının kəskin şəkildə artacağı proqnozlaşdırılır.
Bununla yanaşı, sənəddə deyilir ki, beynəlxalq ictimaiyyət tərəfindən idarəçilik, monitorinq, proqnozlaşdırma və ilkin xəbərdarlıq sahələrində edilən səylər qeyri-qənaətbəxş və natamam xarakter daşıyır.
Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi Petteri Taalas deyir: “Temperaturun yüksəlməsi qlobal və regional səviyyələrdə yağıntıların xarakterinin dəyişməsinə səbəb olacaq, bu da öz növbəsində yağıntıların düşməsi rejiini dəyişdirəcək, kənt təsərrüfatı mövsümlərinin dəyişməsinə, insanların sağlamlığına və ümumi rifahına, o cümlədən ərzaqla təminatına təsirini göstərəcək”.
Baş katib xatırladıb ki, Asiyadakı leysanların, Yaponiya, Çin, İndoneziya, Nepal, Pakistan və Hindistandakı su basqınlarının nəticəsində milyonlarla yerli sakin öz evlərini tərk eləməyə məcbur olub, yüzlərlə insan həlak olub.
Hesabatdakı məlumata görə, 2018-ci ildə 3,6 milyard nəfər insan azı bir ay müddətində su ilə lazım olan qədərdə təmin olunmayıb.
2050-ci ildə bu rəqəmin 50 milyarda qədər artacağı gözlənilir.
Son 20 il ərzində su resurslarının qlobal ehtiyatları, yəni yerin səthindəki və altındakı suların ümumi həcmi, o cümlədən torpağın nəmliyi, qar və buz ildə bir santimetr sürətlə azalır.
Ən böyük itkilər Antarktida və Qrenlandiyada qeydə alınır. Lakin daha aşağı en dairələrində, əhalinin sıx məskunlaşdığı bir çox regionlarda da suyun xeyli azaldığı və su təchizatının pisləşdiyi görünür.
Hürr Tərcüman