BMT Birləşmiş Ştatlara nota göndərib!
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, BMT-nin Baş katibi Antoniu Quterrişin kommunikasiya vasitələrinin izlənməsi ilə əlaqədar olaraq, təşkilat Vaşinqtona öz narahatlığını bildirib. Bu barədə açıqlmanı BMT-nin Baş katibinin rəsmi təmsilçisi Stefan Dyujarrik aprelin 18-də keçirdiyi brifinqdə verib. O, ABŞ-ın BMT-dəki daimi nümayəndəsinə müvafiq notanın təqdim edildiyini bildirib, bu cür hərəkətlərin ABŞ-ın BMT Nizamnaməsi və "BMT-nin ixtisaslaşmış təşkilatlarının imtiyaz və immunitetləri haqqında" Konvensiyası ilə əlaqədar üzərinə düşən öhdəlikləriylə bir araya sığmadığını qeyd edib.
Bir müddət əvvəl Pentaqonun internetdə yayılmış məxfi materiallarına istinad edən BBC telekanalı Vaşinqtonuun Antoniu Quterreşi izləməsinin və onun telefon danışıqlarını dinləməsinin mümkün olduğunu xəbər vermişdi.
Hürr Tərcüman