📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BMT: “Daha Qəzzada yaşamaq mümkün deyil”

2023-12-15 07:19:00

BMT: “Daha Qəzzada yaşamaq mümkün deyil”

Hurriyyet.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Fələstin Qaçqınlarına Yardım Agentliyinin baş komissarı Filipp Laççarini İsveçrənin Cenevrə şəhərində keçirilən mətbuat konfransında çıxışı zamanı İsrail ilə Fələstin münaqişəsi zonasındakı vəziyyətin getdikcə pisləşdiyini, Qəzza bölgəsində isə daha yaşayışın mümkün olmadığını söyləyib.

Baş komissar deyib: “Mən bu tədbirdə iştirak eləmək üçün Qəzzadan qayıtdım. Münaqişə başlanandan bəri oraya artıq üç dəfə səfər etmişəm. Hər dəfə vəziyyət daha da pisləşir. Bu gün Qəzza daha yaşayış üçün yararlı yer deyil”. Laççarini Qəzza sektorunun cənubunda, Rafahda infrastrukturun məhv olunduğunu deyib və dekabrın 1-də atəşkəs dayandırıldıqdan sonra BMT-nin anklavın şimalı ilə əlaqəsinin kəsildiyini qeyd edib.

Hürr Tərcüman