📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BMT-də islahat strateji zərurətdir

2026-03-12 20:47:46

BMT-də islahat strateji zərurətdir

BMT sistemi müxtəlif agentliklər, proqramlar, ixtisaslaşmış orqanlar və katibliyin birləşməsindən ibarətdir və hər birinin öz idarəetmə, büdcə və əməliyyat mədəniyyəti mövcuddur. Bu müxtəliflik zəiflik deyil, gücün əksidir. Amma effektiv koordinasiya olmadan təkrarçılıq, səmərəsizlik və təsirin parçalanması riski yaranır.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin 62-ci Baş Assambleyasının Prezidenti olmuş, Şimali Makedoniya Respublikasının keçmiş Xarici İşlər naziri Srgjan Kerim deyib.

 

Srgjan Kerim bildirib ki, BMT-də sistem üzrə uyğunluq islahat üçün strateji zərurətdir.

 

Onun sözlərinə görə, bu uyğunluq həm idarəetmə, həm də mədəni islahat tələb edir. Agentliklər özlərini əsasən müstəqil qurumlar kimi yox, paylaşılmış çoxtərəfli təşəbbüsün komponentləri kimi görməlidirlər.

 

S.Kerim qeyd edib ki, əgər sistem üzrə uyğunluq təmin edilərsə, BMT islahatı artıq sonsuz institusional debat kimi görünməyəcək, təşkilatın fəaliyyət qabiliyyətinin real şəkildə artırılması ilə nətilənəcək.