📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BMT-dən açıqlama: “Dünya nüvə fəlakəti ilə qarşı-qarşıyadır”

2022-08-08 19:24:00

BMT-dən açıqlama: “Dünya nüvə fəlakəti ilə qarşı-qarşıyadır”

Hurriyyet.az xəbər verir ki, BMT-nin Baş katibi Antoniu Quterreş onilliklər sonra nüvə qarşıdurması riskinin yenidən baş qaldırdığını bildirib və nüvə dövlətlərini silahdan birinci istifadə eləməmək öhdəliyini öz üzərlərinə götürməyə çağırıb.

Quterreş Rusiya ordusunun Zaporojye Atom Elektrik Stansiyasını atəşə tutduqdan sonra beynəlxalq müfəttişlərin oranı təftiş eləməli olduğunu söyləyib.

Quterreş deyib: “Atom stansiyasına istənilən hücum – intihardır”.

Quterreş söyləyib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (MAQATE) Zaporojye AES-də yoxlama aparmaq üçün icazə verilməlidir. Baş katib deyib: “MAQATE-nin stansiyanın sabitləşdiriməsinə şərait yaratmaq üçün göstərdiyi bütün səyləri dəstəkləyirik”.

MAQATE-nin başçısı Rafael Mariano Qrossi şənbə günü xəbərdarlıq edib ki, axırıncı hücum “nüvə fəlakəti riskinin çox real olduğunu göstərir”.

Xatırladaq ki, bazar günü Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Şurasının sədri Şarl Mişel ilə telefon danışığı zamanı Zaporojye AES-in atəşə tutulmasına görə Rusiyanın nüvə yanacağı və atom sektoruna qarşı sanksiyalar tətbiq eləməyə çağırıb.

Avqustun 6-da Avropa İttifaqı Rusiyanın Zaporojye AES-i ətrafındakı hərbi fəaliyyətini pisləmişdi.

 

Hürr Tərcüman