BMT-dən İrana qarşı sanksiyaların ləğv edilməsi çağırışı
2022-06-30 21:17:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı ABŞ-ı İrana qarşı sanksiyaları ləğv eləməyə çağırıb. Bu barədə bəyanatı BMT TŞ-nin iclasında BMT-nin Baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlo verib. O deyib: “Biz bir daha Birləşmiş Ştatları sanksiyaları ləğv eləməyə, yaxud da sanksiyalara istisnalar qoymağa çağırırıq”.
Hürr Tərcüman