BMT Fələstinlə bağlı qətnamə qəbul etdi – Kimlər lehinə, kimlər əleyhinə oldu?
2023-12-13 12:38:46
Hurriyyet.az xəbər verir ki, BMT-nin Baş Assambleyası Misir ilə Mavritaniya tərəfindən təqdim edilmiş, Fələstin-İsrail münaqişəsi zonasında atəşin dərhal dayandırılmasını tələb edən qətnaməni qəbul edib.
Sənədin qəbul edilməsinin lehinə 153 dövlət, o cümlədən, Azərbaycan, Türkiyə, Rusiya, Braziliya, İran, İspaniya, Kanada, Çin, Kuba, BƏƏ, Səudiyyə Ərəbistanı səs verib.
Sənədin əleyhinə 10 ölkə, o cümlədən Avstriya, İsrail, ABŞ, Çexiya səs verib.
Böyük Britaniya da daxil olmaqla, 23 ölkə səsvermədə bitərəf qalıb.
Hürr Tərcüman
