📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BMT İran və ABŞ arasında münasibətlərin pisləşməsindən narahatdır

2025-04-07 23:41:33

BMT İran və ABŞ arasında münasibətlərin pisləşməsindən narahatdır

“BMT İran və ABŞ arasında artan gərginlikdən narahatdır və ümid edir ki, tərəflər vasitəçilərin köməyi ilə dolayı danışıqlara razılaşa bilərlər”.

Bunu brifinqdə BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

“Biz açıq şəkildə ABŞ və İran arasında artan gərginlikdən narahatıq. Üçüncü tərəf vasitəsilə dolayı danışıqların aparılması ehtimalının olması xəbərini də müsbət qarşıladıq. Ümid edirik ki, üçüncü ölkədən vasitəçi kimi istifadə etmək imkanı reallaşacaq”, - deyə o bildirib.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Vaşinqtonun vasitəçilərin köməyi ilə aparılan danışıqlara müsbət cavab verəcəyini bildirmişdi.

Diplomat bildirib ki, məsləhətləşmələr başlasa, Oman çox güman ki, vasitəçi kimi çıxış edəcək. \\Report