📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BMT İsrailə qarşı qətnamə qəbul etdi

2024-04-05 15:10:59

BMT İsrailə qarşı qətnamə qəbul etdi

Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, BMT-nin İnsan Hüquqları Şurası Qəzza zolağında insan hüquqlarının pozulması ilə əlaqədar İsraili məsuliyyətə cəlb etmək çağırışı edən qətnamə qəbul edib.
BMT-nin İnsan Hüquqları Şurasının X şəbəkəsindəki açıqlamasında deyilir: "Şərqi Qüds də daxil olmaqla, işğal edilmiş Fələstin ərazisində insan hüquqlarının pozulması vəziyyəti, həmçinin məsuliyyətə cəlb edilmə və ədalətin təmin edilməsi ilə bağlı qətnamə layihəsi qəbul edilib". 
Şuranın üzvü olan 28 dövlət sənədin lehinə, 6-sı (o cümlədən ABŞ və Almaniya) əleyhinə səs verib, 13 dövlət bitərəf qalıb.
Qətnamə layihəsi iclas üzvlərinə Pakistanın Cenevrədəki daimi nümayəndəsi Bilal Əhməd tərəfindən təqdim edilib.  
Hürr Tərcüman