📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BMT məktəbində həlak olan qaçqınların sayı artıb

2024-06-06 14:51:22

BMT məktəbində həlak olan qaçqınların sayı artıb

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir  ki, İsrailin Qəzza bölgəsindəki "Nusayrat" düşərgəsində yerləşən BMT məktəbinə zərbəsinin qurbanlarının sayı 39 nəfərə çatıb. Məktəbdə onlarla fələstinli qaçqın yaşayırdı. Bu barədə Qəzzanın Səhiyyə Nazirliyi xəbər verib.
Həlak olanların və onlarla yaralının "Əl-Əqsa şəhidləri" xəstəxanasına çatdırıldığı bildirilir.
Hürr Tərcüman