📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BMT missiyası yaxın günlərdə Qarabağa səfər edəcək

2023-10-06 16:16:26

BMT missiyası yaxın günlərdə Qarabağa səfər edəcək

BMT missiyası yaxın günlərdə yenidən Qarabağa səfər edəcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 6-da Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugeni ilə görüşündə bildirilib.

Görüşdə yaxın vaxtlarda BMT-nin Azərbaycanda rezident əlaqələndirici ofisinin təşkilatın aidiyyəti ixtisaslaşmış qurumlarının nümayəndələri ilə birlikdə Qarabağ bölgəsinə yenidən səfər edəcəkləri diqqətə çatdırılıb, ölkəmizin bu prosesi dəstəklədiyi qeyd olunub.