📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"BMT münaqişələrin həllində heç bir rol oynamayıb" - Rubio

2026-02-14 17:42:03

"Birləşmiş Millətlər Təşkilatı münaqişələrin həllində demək olar ki, heç bir rol oynamayıb". 

"Unikal" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib. 

O, Münhen Təhlükəsizlik Konfransında qlobal qurumlarda islahatların aparılmasına çağırıb: "Birləşmiş Millətlər Təşkilatı hələ də dünyada xeyirxahlıq aləti olmaq üçün böyük potensiala malikdir. Lakin biz bu gün onun heç bir cavab vermədiyini və qarşılaşdığımız ən təcili problemlərin həllində faktiki olaraq heç bir rol oynamadığını nəzərə almaya bilmərik. O, Qəzzadakı müharibəni həll edə bilməyib".