📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BMT-nin baş katibi ABŞ ilə İran arasında danışıqları alqışladı

2026-02-06 21:51:46

BMT-nin baş katibi ABŞ ilə İran arasında danışıqları alqışladı

BMT-nin baş katibi Antonio Quterreş Tehran və Vaşinqton arasında davam edən dialoqu dəstəklədiyini bildirib.

"Unikal" xəbər verir ki,  bu barədə Baş katibin ofisinin rəsmi açıqlamasında bildirilib.

"Baş katib İran İslam Respublikası ilə ABŞ arasında bu gün yenidən başlayan danışıqları alqışlayır və ümid edir ki, bu danışıqlar regional gərginliyin azaldılmasına və daha geniş böhranın qarşısının alınmasına kömək edəcək", - deyə bildirilib.

Qeyd edilib ki, bütün narahatlıqlar sülh yolu ilə həll edilə bilər və edilməlidir.