BMT-nin Baş katibi Ankaradadır – Bağlı qapılar arxasında nə müzakirə olundu?
2022-04-25 19:04:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan bazar ertəsi günü Ankarada BMT-nin Baş katibi Antoniu Quterrişi qəbul edib.
Prezident iqamətgahında görüş mətbuat üçün qapalı rejimdə keçirilib. BMT-nin mətbuat xidməti bildirib ki, Ankara səfərindən sonra BMT-nin Baş katibi Rusiya ilə Ukraynaya yola düşəcək.
Quterriş RF Prezidenti Vladimir Putin ilə danışıq aparmaq üçün aprelin 26-da Moskvaya, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün isə aprelin 28-də Kiyevə səfər edəcək.
Hürr Tərcüman