BMT-nin Baş katibi dünya əhalisini Pakistan xalqına yardım eləməyə çağırdı
2022-09-09 14:17:00
Hurriyyet. az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, MT-nin Baş katibi Antoniu Quterriş ərazisinin üçdə biri daşqınlardan zərər çəkmiş Pakistana səfər edib. O, bu haqda məlumatı öz “Tvitter” hesabında verib. Baş katib İslamabada səfərinin Pakistan xalqı ilə dərin həmrəylik əlaməti olduğunu bildirib.
Quterriş yazıb: “Beynəlxalq ictimaiyyəti iqlim fəlakəti ilə mübarizədə Pakistan xalqına irimiqyaslı yardımlar etməyə çağırıram”.
Bəlli olduğu kimi, iyunun 14-dən başlanmış güclü leysanların yaratdığı sel daşqınları nəticəsində Pakistanda 1355 nəfər həlak olub, 12 722 nəfər yaralanıb.
Hürr Tərcüman