📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BMT-nin baş katibi İsrailin mülki əhalini qətlə yetirməsinə etiraz edir

2023-10-10 12:41:09

BMT-nin baş katibi İsrailin mülki əhalini qətlə yetirməsinə etiraz edir

“İsrailə xatırladıram ki, hərbi əməliyyatlar beynəlxalq humanitar hüquqa uyğun aparılmalıdır”.

Hurriyyet.az İsrailin «İ24» kanalına istinadla xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş bildirib.

Antonio Quterreş İsrailin "təhlükəsizliyi ilə bağlı haqlı narahatlıqlarını" tanımaqla yanaşı, İsrail hakimiyyətinin Qəzza zolağının "tam mühasirəyə alındığını" elan etməsindən "dərin kədərləndiyini" bildirib.

Antonio Quterreş brifinq zamanı Qəzzada səhiyyə infrastrukturunun, yaşayış binalarının və məktəblərin İsrail raketləri ilə vurulduğunu qeyd edib.

"Mülki insanlara hər zaman hörmət edilməli və qorunmalıdır. Mülki infrastruktur heç vaxt hədəf olmamalıdır" — deyə BMT baş katibi vurğulayıb.

"AzPolitika.info"