📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BMT-nin Baş katibi Qəzzada təcili yardım karvanının vurulmasından sarsıldığını bildirib

2023-11-04 11:04:29

BMT-nin Baş katibi Qəzzada təcili yardım karvanının vurulmasından sarsıldığını bildirib

Hurriyyet.az xəbər verir ki, BMT-nin Baş katibi Antoniu Quterriş İsrailin Qəzzadakı “Əl Şifa” mərkəzi xəstəxanasının yaxınlığındakı təcili yardım maşını karvanına zərbə endirməsindən “dəhşətə gəldiyini” bildirib.

Quterriş deyib: “Xəstəxananın yaxınlığında küçələrə tökülmüş nəşlərin görüntüsü ürək parçalayır.... Artıq bir aya yaxındır ki, Qəzzanın dinc sakinləri, o cümlədən qadınlar və uşaqlar mühasirədədirlər. Onlara yardım yolları kəsilib, onları öldürürlər, evlərini bombalayırlar. Buna son qoyulmalıdır. Qəzzadakı humanitar vəziyyət dəhşət doğurur”.

BMT-nin Baş katibi Qəzzadakı ölüxanaların dolduğunu, mağazalarda ərzaq qalmadığını, sanitar vəziyyətin dəhşətli olduğunu, xəstəliklərin tüğyan elədiyini söyləyib.

Quterriş nüfuz sahiblərini Qəzzadakı insanların əzablarına qon qoymaq, münaqişənin bütün regiona yayımasının qarşısını almaq üçün səy göstərməyə çağırıb. O, münaqişə tərəflərini humanitar atəşkəsə çağırıb. Quterriş HƏMAS-ın da İsrailə hücumunu, insanları əsir götürdüyünü unutmadığını deyib.

Hürr Tərcüman