📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BMT-nin Baş katibi Rusiya Federasiyasına səfər edəcək - Əliyev, Ərdoğan, Pezeşkian, Paşinyan da iştirak edəcəklər

2024-10-10 16:18:40

BMT-nin Baş katibi Rusiya Federasiyasına səfər edəcək - Əliyev, Ərdoğan, Pezeşkian, Paşinyan da iştirak edəcəklər

Hurriyyet.az  xəbər verir ki, RF XİN rəsmi  təmsilçisi Mariya Zaxarova TASS informasiya agetliyinə açıqlamasında BMT-nin Baş katibi Antoniu Quterrişin Tatarıstanın paytaxtı Kazan şəhərində keçiriləcək BRİKS sammitində iştirak etməsi barəsində məlumatı təsdiqləyib. O, Quterrişin BMT Baş Assambleyası zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı sammitdə iştirk edəcəyini bildirdiyini söyləyib.
Tədbir 22 oktyabr tarixində başlanacaq.
Kazanda keçiriləcək BRİKS sammitində Azərbaycan, Türkiyə və İran prezidentləri İlahm Əliyev, R.T.Ərdoğan və Məsud Pezeşkianın, Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı gözlənilir. Ümumilikdə 30-a qədər dövlətin liderləri Kazandakı tədbirə yollanacaqlar.
Qarşıdakı sammitdə BRİKS üzvlərinin təqribən 2 dəfə artacağı gözlənilir.
Hürr Tərcüman