📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BMT-nin baş katibi Tehranı gərginliyi azaltmağa çağırıb

2024-04-16 21:54:37

BMT-nin baş katibi Tehranı gərginliyi azaltmağa çağırıb

BMT-nin baş katibi Antonio Quterreş İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla danışıb və İsraillə vəziyyəti gərginləşdirməməyə çağırıb.

Bu barədə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə məlumat verib.

“Baş katib dünən İranın xarici işlər naziri ilə söhbət edib. O gərginliyin dərhal azaldılmasına və regionda sülhün bərqərar olmasına diqqət yetirməyə çağırıb”, - deyə o vurğulayıb. \\Report.Az