BMT-nin daha bir missiyası Qarabağdadır
2023-10-09 11:55:30
Hurriyyet.az xəbər verir ki, bu gün səhər saatlarında BMT-nin növbəti missiyası Qarabağa daxil olub. Missiya üzvləri Ağdamdan keçərək Əsgəran-Xankəndi istiqamətində irəliləyiblər.
Missiyanın tərkibində BMT-nin müxtəlif strukturlarının təmsilçiləri daxildir.
Bundan əvvəl 1 oktyabr tarixində BMT missiyası Qarabağa səfər edib.
Hürr Tərcüman