📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BMT-nin Fransa barədə çağırışını dəstəkləyirik

2023-07-05 11:47:00

BMT-nin Fransa barədə çağırışını dəstəkləyirik

Bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlamətidir.

Hurriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən Nazirlər görüşündə bildirib.

Dövlətimizin başçısı qeyd edib:

“Bu baxımdan biz BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanatını dəstəkləyirik”.