BMT-nin helikopteri Afrikada qəzaya uğrayıb
2024-01-13 20:56:14
Mərkəzi Afrika Respublikasında BMT-yə məxsus helikopter eniş zamanı qəzaya uğrayıb.
Helikopter iki hissəyə bölünüb, lakin göyərtəsində olanlar sağ qalıblar.
Göyərtədə olan beş nəfərdən üçü yüngül xəsarət alaraq xəstəxanaya çatdırılıb. \\Ölkə.az