BMT-nin Uşaq Fondu: “Ukraynalı uşaqların yarıdan çoxu qaçqına çevrilib”
2022-03-24 21:19:00
Hurriyyet.az “Kavkazplyus” portalına istinadla xəbər verir ki, BMT-nin Uşaq Fondunun (UNICEF – United Nations International Children's Emergency Fond) məlumatında Rusiyanın Ukraynaya hücumundan sonra ukraynalı uşaqların yarısından çoxunun qaçqına çevrildiyi bildirilir.
Ukraynada yaşamış 7,5 milyon uşaqdan 4,3 milyonu müharibə üzündən evindən didərgin düşməyə məcbur olub.
Hürr Tərcüman
