📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BMT nümayəndəliyi Azərbaycanla həmrəyliyini ifadə edib

2026-03-05 22:06:41

BMT nümayəndəliyi Azərbaycanla həmrəyliyini ifadə edib

BMT-nin Azərbaycandakı nümayəndəliyi İranın Naxçıvana dron hücumlarından sonra Azərbaycanla həmrəylik ifadə edib.

"Unikal" xəbər verir ki, bu barədə nümayəndəlik "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Düşüncələrimiz bu gün dron hücumları nəticəsində zərər çəkmiş Naxçıvan Muxtar Respublikasının sakinləri ilədir. BMT-nin Azərbaycandakı komandası xəsarət alan dörd nəfərə tezliklə sağalmalarını arzulayır", - deyə məlumatda bildirilir.