📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BMT Qazaxıstanda iğtişaşlarda yaralananların sayını AÇIQLADI

2022-01-06 22:52:00

BMT Qazaxıstanda iğtişaşlarda yaralananların sayını AÇIQLADI

Qazaxıstanda baş verən iğtişaşlarla bağlı BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçeletin bəyanatına əsasən, Almatıda keçirilən etiraz aksiyaları zamanı onlarla etirazçı həlak olub, minə yaxın insan isə yaralanıb.

Bəyanatda deyilir: 

“Almatıdakı polis sözçüsü təhlükəsizlik qüvvələrinin onlarla etirazçını öldürdüyünü bildirib. Bundan əlavə, yanvarın 2-də başlayan etirazlarda təxminən 1000 nəfərin yaralandığı qeyd edilir”.

Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, iğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının 18 əməkdaşı həlak olub, 317 polis əməkdaşı və Milli Qvardiya əsgəri yaralanıb. \\Qafqazinfo